ABŞ Prezidenti Co Baydenin bəyanatına münasibətimiz.

Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin öz çıxışında 106 il öncə Osmanlı Türkiyəsində yaşanan faciəli hadisələr ilə bağlı haqsız və həqiqətlərə uyğun olmayan "Soyqrım" ifadəsini işlətməsi heç bir hüququ əsasa malik deyil. Əslində həqiqətlərin ortaya çıxarılması üçün tarixdə baş vermiş hadisələri yalnız tarixçilər araşdırmalıdır. Əgər bunu siyasətçilər edirlərsə, demək onların burada hansısa bir məqsədi vardır. Məqsəd isə aydındır: qərb dünyasının eləcə də, bir çox dünya ölkələrinin ermənilərdən istifadə edərək Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmələridir. Bütün dünya bilir ki, Türkiyə dövləti neçə illərdir Ermənistana dəfələrlə ortaq tarixi komissiya yaradılması barədə öz təklifini verib. Ancaq özlərinə güvənməyən və bu iddianı uydurma olduğunu yaxşı bilən ermənilər şübhəsiz ki, bu təklifdən bilərəkdən boyun qaçırırlar. Başqalarının əlində alət olmağa vərdiş etmiş Ermənistan hökuməti və dünyada yaşayan ermənilərin isə öz məqsədləri var. Türkiyədən təzminat almaq. Bu isə hüquq məsələsidir və belə məsələlər yalnız məhkəmələrdə həyata keçirilir. Əllərində heç bir dəlil-sübut və ya məhkəmədə ortaya qoymağa hüquqi sənədi olmayan ermənilərin bu istəyə nail olmaları isə "ac toyuğun yuxuda darı görməsi"nə bərabərdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nəcəfquliyev Pənah Hüseynqulu oğlu.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız