Siyasi liderlərin nümunəvi münasibəti

Yüz illər boyu eyni dilin, eyni mədəniyyətin daşıyıcısı olan türklər 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb....
1990-cı illərdə Dövlət başçıları H.Əliyevin Ş.Dəmirəllə Naxçıvandakı görüşündə hər iki ölkə lideri və vətəndaşları tərəfındən “BİR MİLLƏT, İKİ DÖVLƏT” sloqanını ortaya atdılar. Bundan təsirlənən Bəxtiyar Vahabzadə yazmışdı:
Bir milətik, iki dövlət, eyni arzu, eyni niyyət
Hər ikisi cumhuriyyet, AZƏRBAYCAN-TÜRKİYƏ.
H.Əliyevin Ş.Dəmirəllə Naxçıvandakı görüşünde “BİR MİLLƏT, İKİ DÖVLƏT” anlayışının Türk konseyinin son 14-15 oktyabr Bakı toplantısında bu dəfə Türkiyə Cumhurbaşkanı R.T.Ərdoğan tərəfindən “6 devlet, bir millet” dönüşməsi addımlarının atılmasını bölgə coğrafiyasına önəmli katkıları olacağını böyük bir məmmuniyyətlə izlədik.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü" zamanı çıxışını “Odlar yurdu Can Azərbaycan“ deyə başlarkən, “Biz iki dövlət, tək millətik. Hazırda bu müzakirə olunur. İndi biz altı dövlət, tək millətik".
Dil birliyi üzərindən ortaq filmlərimiz, dərs kitablarımız, teatr əsərlərimiz ortaq tariximiz, ədəbiyyatımız təsis edilməlidir. Bu birlik türk dövlətləri vətəndaşlarının təhsil sahəsində irəliləyişinə və uğurlar əldə etməyimizə bir təkandır.
Hörmətlə: Azərbaycan-dili müəllimi Dadaşova Reyhan.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız