Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır

Əsrlərin süzgəcindən keçərək möhkəmlənmiş Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri son illərdə siyasi və iqtisadi sahələrdə, demək olar ki, həyatın bütün sferalarında ancaq yüksəlişdədir.
Çağdaş tariximizin ən çətin dövrlərində ölkəmizin yanında olan Türkiyə ən şərəfli dövrdə - İkinci Qarabağ savaşı zamanı da Azərbaycanın haqlı mövqeyini siyasi və diplomatik yollarla beynəlxalq arenada müdafiə etdi, bütün xarici təzyiqlərə sinə gərdi.
Azərbaycanın ərazi bütövlüyü ilə nəticələnmiş müharibədən sonra iki ölkənin bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yeni imkanlar açıldı. Sülh quruculuğu, azad olunmuş ərazilərin bərpası, regional nəqliyyat və kommunikasiya layihələri iki ölkənin birgə səyləri ilə daha da uğurlu alınacaq, konfliktlərdən doymuş Qafqazda sabitlik yaradacaq.
Bu baxımdan son aylarda iki ölkənin rəsmiləri arasındakı qarşılıqlı səfərlər çox vacibdir və birgə tariximizin yeni, parlaq səhifələrini yazmaqdadır. Bu əməkdaşlığın zirvəsi isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri olacaqdır.
Əminik ki, bir millətin iki dövləti bundan sonra da birlikdə qəti addımlarla inkişafa doğru irəliləyəcək və regionumuza davamlı sülh gətirəcək.
Hörmətlə: Azərbaycan-dili müəllimi Sevil Babanlı


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız