Əməkdaşlığın yeni perspektivləri

Prezident İlham Əliyevin "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir" sözləri tarixin bütün dövrlərində öz təsdiqini tapmışdır. Bu iki türk dövləti hər zaman düşdükləri çətin vəziyyətlərdə əsl dostluq, qardaşlıq nümunəsi göstərmişlər.
Tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi arenada ölkəmizə göstərdiyi dəstək əvəzolunmazdır.
Tarixi qələbəmizdən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydu.
İşğaldan azad edilmiş Kəlbəcər ərazisindəki qızıl yataqlarının istismarının Türkiyə şirkətlərinə həvalə olunması da buna misaldır.
Bundan başqa iki dövlətin hərb sahəsində birgə keçirdikləri təlimlər, imzalanan yeni protokollar gələcək üçün işıqlı günlər vəd edir.
YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın göstəricisidir.
Təhsilin inkişafında da görülən ortaq işlər son dərəcə əhəmiyyətlidir. Belə ki, ölkəmizdə ali təhsil almış şəxslərin daha yüksək səviyyəyə çatmaq üçün daha çox Türkiyəni seçmələri və oradan ixtisaslı kadr olaraq geri dönüb, vətənə, millətə xeyirli vətəndaş olaraq yetişmələri qardaşlığımızın hər sahədə inkişaf etdiyini göstərir.
Prezident R.T.Ərdoğanın da dediyi kimi "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır".
Hörmətlə: Azərbaycan-dili müəllimi Məmmədova Günel.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız