Ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini artırır.

Tarixi dostluq,qarşılıqlı etimad,səmimi münasibətlər yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.Xalqlarımızın,ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir.
Ulu öndərin bu sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş olur: “Bizim xalqlarımız əsrlər boyu bir- birinə yaxın dost olmuşlar.Biz bir kökdənik ,biz birdilli xalqlarıq.Bizim milli ənənələrimiz çox yaxındır,bir-birinə bənzərdir,oxşardır.Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda,ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb,bir-birimizə bağlayıb bir-birimizlə daha sıx əlaqədə saxlayıb.İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra,müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında,həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik,inkişaf etməliyik.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir.
Ölkələrimizin iqtisadi potensialı qardaşlığımızın gücünü və qüdrətini artırır: “Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sahədə,xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir.Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb.Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq.
Hörmətlə: Azərbaycan-dili müəllimi Sevil Babanlı


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız