Siyasi liderlərin nümunəvi münasibəti.

Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, əməkdaşlığı, ən nəhayət birliyi hər sahədə özünü çox gözəl şəkildə göstərir. Əlbəttə, bu qardaşlığın kökü çox-çox əvvələrə dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan səmimi dostluq münasibəti bu iki dövləti dünya səviyyəsində daha yaxşı tanınmasına şərait yaratdı.
İlham Əliyev müsahibələrinin birində “Qardaşım Ərdoğana qarşı pis münasibət mənə qarşı olan pis münasibətdir” deyərək dostlarımıza da, düşmənlərimizə də bu dəyərli fikirləri çatdırdı.
Digər dünya liderləri ilə çox rəsmi şəkildə görüşsələr də, bu iki lider bir-birlərini hər zaman doğma qardaş kimi bağırlarına basırlar. Bu hamıya nümunə olmalıdır.
Ulu öndərimiz demişdir: “Biz bir millət, iki dövlətik”
Prezident İlham Əliyev bu ənənənin layiqli davamçısıdır.
Hörmətlə: Azərbaycan-dili müəllimi Mustafayeva Elnarə.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız