Şəhidlər Ölməz, Vətən Bölünməz!!!

Prezident İlham Əliyev Qarabağ döyüşlərində şəhid olan qəhramanların ailələrinə və torpaqlarımız uğrunda sağlamlığını itirmiş qazilərimizə daim diqqət göstərir, onları qayğı ilə yada salır.
Buna nümunə olaraq şəhid ailələrinə və qazilərə edilən mənəvi, maddi yardımları göstərə bilərik.
Kütləvi İnformasiya Vasitələri xalqımıza döyüşçülərin keçdiyi mübarizə yolunu işıqlandırmaqla həm yaddaşlarda saxlayır, həm də onları qürur mənbəyimiz edir.
Son günlər prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi qayğı bütün dünyada yaşayan azərbaycanlılarımızı sanki səfərbər edib, onlar da öz mənəvi dəstəklərini göstərir və vətənpərvər münasibətlərini nümayiş etdirirlər.
Azərbaycan dövləti hər zaman olduğu kimi, bugün də süh tərəfdarıdır və hər an sülh müqaviləsi hazırdır.
Biz nahaq qan tökülməsinin əleyhinəyik!
Hörmətlə,
Azərbaycan dili və Ədəbiyyat müəllimi: Babanlı Sevil


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız