İrəvan hərbi cinayətlər törədib

Ermənistan xalqının Azərbaycan xalqına qarşı törətdiyi qanlı olaylar XX yüzilliyin ən faciəvi, unudulmaz səhifələrindəndir.Ötən əsrdə 1905-1906, 1918-1920, 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasətləri erməni vəhşiliyinin sübutudur.
1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə soydaşımız dünyasını dəyişmiş, bir milyondan çox sakin öz doğma yurd-yuvalarından zorla çıxarılmışdır.
30 il davam edən hərbi təcavüzə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə Ermənistan ordusunu döyüş meydanında məğlub edərək qəhrəmanlıq salnaməsi yazdı.
44 günlük Vətən müharibəsi zamanı Rəsmi İrəvan itkiləri ilə barışmayaraq Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə və digər yaşayış məntəqələrimizə raket hücumlarından istifadə edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ermənistan tərəfindən qadağan olunmuş kasset və fosfor bombalarından istifadə edilmiş, beynəlxalq hüquq və normalar kobud şəkildə pozulmuşdur. Müharibə zonasından kilometrlərlə uzaq Bərdə şəhərinin bombalanması nəticəsində 21 nəfərin öldürülməsi, Gəncə şəhərinə olunan raket hücumu zamanı 10-dan çox mülki şəxsin qətlə yetirilməsi erməni cinayətinin daha bir sübutudur. Qeyd edək ki, 2020-ci il il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 6 noyabr 2020-ci il tarixdə Sərəncam imzalanmışdır.
Rəsmi İrəvan törətdiyi cinayətlərə görə Azərbaycan dövlətinin iradəsi sayəsində beynəlxalq hüquqlara əsasən məsuliyyətə cəlb olunacaq və Ermənistan bütün bu və ya digər cinayətlərə görə mühakimə olunacaqdır.
Hörmətlə: Azərbaycan dili və Ədəbiyyat müəllimi - Cəfərzadə Aysel


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız