Tarixi gün 9 Noyabr-Şanlı tarix! Başımızın üzərində dalğalanan,qürur duyduğumuz,dövlətimizin varlığını təsdiqləyən üçrəngli bayrağımızın yaranma tarixi XX əsrin əvvələrinə təsadüf edir.1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti noyabr ayının 9-da Azərbaycanın üçrəngli mavi,qırmızı,yaşıl zolaqlı milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir.Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamını söyləmişdir.Lakin Xalq Cümhuriyyətinin ömrü uzun sürmədi.70 il əsarətdə qalan xalqımız yenidən şanlı bayrağımızın dalğalanacağına böyük ümid bəslədi.1991-ci ildə müstəqil olan ölkəmiz üçrəngli bayrağına yenidən qovuşdu.Artıq 30 illik həsrət qaldığımız torpaqlarımızın da hər qarışında bayrağımız qürurla dalğalanır.Bu gün bayrağımız mühüm beynəlxalq tədbirlər,mötəbər mərasimlərlə yanaşı,mədəni tədbirlər və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan-dili müəllimi: Cəfərzadə Aysel