Soçi görüşü

2021-ci il noyabrın 26-da Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda bir il ərzində görülən işləri qiymətləndiriblər. Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilmişdir. Bu bəyanat 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır və tərəflərin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi işinin sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyur. Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır. Nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək, buna görə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulur. Təbii ki, Rusiya sərhədlərin müəyyənləşməsində iştirakını da nəzərdə tutur, məhz buna görə də, bəyanatda Rusiyanın bu məsələdə tərəflərin xahişi ilə onlara yardım göstərməsi bəndi yer alıb. Diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə Qarabağla bağlı və Paşinyanın tez-tez müraciət etdiyi hərbi əsirlər məsələsi yer almayıb. Nikol Paşinyanın tez-tez müraciət etdiyi digər platforma isə ATƏT-in Minsk Qrupudur, amma bu sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Vladimir Putin mətbuat konfransında dəhliz ifadəsini də işlətdi: “Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdik. Bu, həm dəmir yolları, həm də avtomobil yollarına aiddir”. Bu bəyanat Bakının mövqeyi ilə uyğunluq təşkil edir, Prezident İlham Əliyevin tələblərindən biri də bu idi ki, Zəngəzur dəhlizində həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Hər üç ölkə lideri tərəfindən imzalanan bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur. Bu qələbənin təmin olunmasında noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı.


Bizimlə Əlaqə

Məktəbin direktoru:
Afaqət Əsgərova Yaşar qızı
Ünvan:
Sahil qəs., E.Quliyev küç
Telefon: 012 446 18 32 E-mail: info@internat9.edu.az

Ünvanımız