Qələbənin rəmzi Zəfər paradı.
Müstəqil və qüdrətli Azərbaycan dövləti 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz nailiyyət gələcək nəsillərə ərmağan kimi ötürüləcək.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük qələbəmizin nidasıdır.
2020-ci il dekabrın 10-da Zəfər paradı keçirilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev : “Azadlıq meydanında çox paradlar keçirilib, ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. “
Zəfər paradında 150-dək hərbi texnika, raket, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcədə hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin qənimət kimi ələ keçirilən Ermənistan silahlı qüvvələrinin hərbi texnikası nümayiş olunmuşdur.