E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində Son Zəng tədbirindən xatirə...
14 iyun. Bu gün orta məktəblərdə "Son zəng” tədbirləri keçirilir. Bu gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir. Biz də bu dəfə ilboyu bizi mədəni tədbirlər barədə xəbərdar edən, mətbuat nümayəndələri ilə mütəmadi şəkildə çalışan, onların bütün suallarını yorulmadan, usanmadan cavablandıran mədəniyyət ocaqlarımızın mətbuat katiblərindən məktəb illəri və "Son zəng” xatirələrini xəbər aldıq.